Milli Məclisin iclası başlayıb


12:04     12 Oktyabr 2021 21_10_12_1634024414.jpg

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

Toplantıda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Açar sözlər:

Oxunub: 461