Zakir Həsənov NATO admiralını Ermənistanla sərhəddəki vəziyyət barədə məlumatlandırıb
14:48 12 Oktyabr 2021
Oktyabrın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.
General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Oxunub: 814
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb