Sarkisyana cinayət işi açıldı


15:38     12 Oktyabr 2021 2021/10/8D0BCD73-F978-4494-8570-EC8980440A90_1634040496.png

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serjik Sarkisyana cinayət işi açıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub.

Cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident təyyarəsi ilə hər hansı bir zərurət olmadan Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlıdır. O, vəzifə səlahiyyətlərindən sui -istifadə ittiham olunur.

Bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyan üçüncü prezidenti korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edərək, onun Baden-Badendə kazinolarda 100 milyon dollara yaxın vəsait xərclədiyini bildirmişdi.



Femida.az

Açar sözlər: #Serj-Sarkisyan   #Cinayət-işi    

Oxunub: 173


Oxşar xəbərlər