Azərbaycanda vurulan peyvəndlərin sayı 9 milyonu ötüb


16:11     12 Oktyabr 2021 2021/10/5B914378-D3AE-4DB1-B3FA-F511BCE1C338_1634043721.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25795 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9037099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4903419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4133680 təşkil edir.


Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 473