"Britaniya mina təmizlənməsində Azərbaycana dəstək göstərir" - Səfir


16:23     12 Oktyabr 2021 2021/10/9E6086D2-3E83-4E0E-8D84-25B4A4C4D059_1634043806.png

"Böyük Britaniya minaların təmizlənməsi prosesində BMT vasitəsilə Azərbaycana maliyyə dəstəyi göstərir".

Femida.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, “Links Europa” qeyri-hökumət təşkilatının təşkil etdiyi “Azərbaycanda minaların aradan qaldırılması problemləri” mövzusunda tədbirdə çıxış edib.

“Britaniya BMT vasitəsilə artıq Azərbaycana maliyyə dəstəyi göstərir. Britaniya təşkilatları mina təmizləmə sahəsində dünya liderləridir və ANAMA ilə mütəxəssis səviyyəsində inkişaf edən güclü əlaqələrdən məmnunam”, - diplomat vurğulayıb.


Femida.az

Açar sözlər: #Britaniya   #Azərbaycan   #Mina    

Oxunub: 379