Azərbaycan və BMT-nin qurumu arasındakı saziş təsdiqləndi


18:35     12 Oktyabr 2021 2021/10/0A55FAF4-75F6-4A4D-8430-D31BBDC0E498_1634050278.png

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında" qanunu imzalayıb.

Femida.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilib.


Femida.az

Açar sözlər: #BMT    

Oxunub: 908