Sabahdan güclü külək əsəcək - Xəbərdarlıq


18:44     12 Oktyabr 2021 2021/10/81A1A6B1-95E1-43B4-967B-08E7981E0E96_1634050419.jpeg

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s, 14-ü isə gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Femida.az -a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.


Femida.az

Açar sözlər: #Hava    

Oxunub: 718