Aeroport yolunda qəza törədən yük avtomobilinin 19 yaşlı sürücüsü saxlanılıb
11:22 13 Oktyabr 2021
Bakının aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, o, Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.
M.Əzizov şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çarpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.
İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çarpılıb.
Oxunub: 706
Oxşar xəbərlər
- Aeroport yolundakı dəhşətli qəzanın baş vermə anı - ANBAAN VİDEO
- Aeroport yolundakı qəzada ölənlərin adları açıqlanıb
- Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb
- Aeroport yolundakı qəzada xəsarət alanların adları bilindi - SİYAHI
- Aeroportda Bakı sakinindən narkotik götürülüb
- Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub
- Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı
- Aeroport yolunda taksi avtobusla toqquşdu - ANBAAN VİDEO
- Aeroportun girişində iki avtomobil yanıb
- Aeroport yolunda qəza sıxlığa səbəb olub