Prokurorluq Lənkərandakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb


10:20     13 Oktyabr 2021 21_10_13_1634108869.jpg

Prokurorluq Lənkəran rayonunda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Şəhər prokurorluğundan Femida.az-a daxil olan məlumatda deyilir:

"Oktyabrın 12-si saat 17 radələrində Lənkəran rayonu, Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır".

Açar sözlər:

Oxunub: 723