Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb


12:12     13 Oktyabr 2021 21_10_13_1634111423.jpg

"Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan 16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Femida.az xəbər verir ki, bunu "Real TV"yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib.

O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda həkim nəzarətindədir. Bizim xəstəxanaya gətirilənlərdən dünyasını dəyişən olmayıb. Yaralananlardan birinin dalağı zədələndiyi üçün çıxarılıb. Digər bir nəfərdə isə ayaq baldırdan amputasiya olunub. Qalan şəxslərin vəziyyəti orta və kafidir”.

Açar sözlər:

Oxunub: 782