Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edilib
12:14 13 Oktyabr 2021
İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilən ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa, Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “Saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Oxunub: 809
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb