Cəlilabadda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb


12:27     13 Oktyabr 2021 21_10_13_1634111887.jpg

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili ilə "VAZ-2106" markalı minik maşını toqquşub. Nəticədə biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb.

Hazırda hadisənin təfərrüatı və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

Açar sözlər:

Oxunub: 737