Ceyhun Bayramov Minskə yola düşüb


14:41     13 Oktyabr 2021 21_10_13_1634121734.jpg

Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Bu barədə Femida.az-a Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 744