"Ordumuz 25 sentyabrda müharibə barədə məlumatlı idi"- Erməni politoloq


15:46     13 Oktyabr 2021 2021/10/F523F142-7B4E-42D7-BB9A-03215266A646_1634125623.png

Erməni politoloq, İkinci Qarabağ müharibəsini araşdıran Qrant Melik-Şaxnazaryan hərbi məsələlərlə bağlı maraqlı nüansları açıqlayıb. Xəbər verir ki, yerli mediaya danışan politoloq əslində ölkəsinin müharibədə hücum edən tərəf olduğunu etiraf edib.

Çünki Şaxnazaryan hələ 25 sentyabrda İrəvanın hücum hazırlıqları aparması ilə bağlı faktlara malik olduğunu etiraf edib.

- Son aylarda Qarabağda döyüşmüş bir çox komandirdən cavabsız suallar alıram. Əldə etdiyimiz məlumata görə, sentyabrın 25 -də axşam saatlarında Baş qərargah rəisi Onik Qasparyan yaxınlaşan müharibə barədə korpus komandanlığını və "müdafiə ordusunun" komandanlığını məlumatlandırmışdı. Ordu bölmələri döyüşə hazırlaşaraq Ermənistan-Azərbaycan sərhədinin müxtəlif bölgələrində mövqelənib. Ancaq ordumuz Azərbaycanın Qarabağdakı hücumlarının əsas istiqamətində yerləşdirilmədi. Niyə?

Üstəlik, "Madagiz"(Suqovuşan-red.) alayı yaranmasının ildönümünü qeyd edərək müharibəyə hazırlaşan düşmən ordusunun hərəkətlərinə əhəmiyyət vermədi.
Onik Qasparyan müxtəlif insanlarla söhbətində deyib ki, ilk olaraq Cəlal Arutyunyana hücum barədə o məlumat verib. Aldığım məlumata görə, Arutyunyan bunu inkar edib. Deyirmiş ki, onlar müharibənin olmayacağına əmin imişlər. İndi mediada və siyasətdə olan bütün həmkarlarımdan nə baş verdiyini anlamağımıza kömək etmələrini xahiş edirəm. Sual isə budur- əsas günahkar kimdir?



Femida.az

Açar sözlər: #Müharibə   #Ermənistan    

Oxunub: 620