Montazeri Paşinyana Ermənistanın "əhəmiyyət"indən danışdı
18:23 13 Oktyabr 2021
Ermənistanın baş nazir Nikol Paşinyan İrəvana gələn İranın baş prokuroru Məhəmməd Cavar Montazerini qəbul edib. Femida.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Paşinyan Ermənistanın İranla hüquq sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bəyan edib. Baş nazirin sözlərinə görə, aidiyyəti orqanlar arasında kifayət qədər yaxın təmaslar qurulub və Montazerinin səfəri bu qarşılıqlı əlaqəyə daha da töhfə verir.
İranın baş prokuroru isə bildirib ki, ölkəsi üçün Ermənistanla münasibətlər əsas rol oynayır və bu, təkcə hüquq sahəsinə aid deyil. Onun sözlərinə görə, çoxəsrlik, mehriban qonşuluq və dostluq münasibətləri bölgədə çoxsaylı problemlərlə birgə mübarizə aparmaq üçün yaxşı bir təməldir. Montazeri deyib ki, İran tərəfi münasibətlərdə həmişə mehriban qonşuluq prinsipini rəhbər tutur.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"