Peyvənd olunanların sayı açıqlanıb


19:41     13 Oktyabr 2021 2021/10/1ACACFF5-2D5B-461C-BD27-58DF68CEBF1C_1634152696.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 593