İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb


20:48     13 Oktyabr 2021 2021/10/09F1A497-FD91-4664-B658-6413A0D8AC9A_1634153311.jpeg

Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Femida.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!



Femida.az

Açar sözlər: #Şəhid    

Oxunub: 516