Norveçdə naməlum şəxs 5 nəfəri öldürüb, yaralananlar var


10:12     14 Oktyabr 2021 21_10_14_1634188358.jpg

Norveçdə naməlum şəxsin ox və yayla öldürdüyü şəxslərin sayı 5 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə yerli NRK televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Kunqsberq şəhərində qeydə alınıb. Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar arasında polis əməkdaşı da var.

Cinayətkar saxlanılıb. Qeyd edilir ki, o, təkbaşına hərəkət edib.

Polis hadisənin terror aktı olduğunu istisna etmir.

Açar sözlər:

Oxunub: 304