Beyrutdakı aksiyada ölənlərin sayı 6 nəfərə yüksəlib


16:11     14 Oktyabr 2021 2021/10/27557117-7CD2-433D-97D4-EC750A609CE7_1634214956.png

Livanın paytaxtı Beyrutda nümayiş iştirakçılarına atəş açılması nəticəsində 6 nəfər ölüb, 60-dan çox yaralı var.

Femida.az "Al Mayadeen" kanalı məlumat yayıb.

Qeyd olunub ki, 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla əlaqədar araşdırma aparan hakim Tariq Bitarın vəzifədən azad edilməsini tələb edən nümayişçilər Ədliyyə Nazirliyinin binasına doğru gedərkən onlar atəşə tutulub.

Məlumata görə, atəş binaların damlarına yerləşdirilən snayperlərdən açılıb. Paytaxtda atışma davam edir, yerlərdə yanğınlar baş verir.


Femida.az

Açar sözlər: #Livan    

Oxunub: 475