Rusiya Ermənistan ordusuna 100 min vaksin verdi


16:18     14 Oktyabr 2021 2021/10/E21ECC69-A13E-40C9-8AAA-1C1D32FF9975_1634215172.png

Rusiyanın "Sputnik V" peyvəndini daşıyan xüsusi təyyarə Ermənistanın Erebuni aviabazasına enib.

Femida.az xəbər verir ki, bu barədə yerli mediaya Rusiyanın Ermənistandakı səfirliyinin ikinci katibi İqor Ratuşnyak məlumat verib. Onun sözlərinə görə, 50 min ikiqat doza üçün nəzərdə tutulmuş vaksin yükü xüsusi uçuşla İrəvana gətirilib. Peyvənd partiyası 50 min hərbçi üçün nəzərdə tutulub.

- Yük Ermənistan Müdafiə Nazirliyi üçün nəzərdə tutulub ki, bu da hər iki ölkənin nazirləri arasında əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində reallaşdı - Ratuşnyak deyib.


Femida.az

Açar sözlər: #Rusiya   #Vaksin   #Ermənistan    

Oxunub: 181