Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub


17:08     14 Oktyabr 2021 2021/10/63306119-876E-4FB3-B0BA-395EAAF0111E_1634215628.png

Oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu gizir İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

Femida.az verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, qazilər, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1994-cü il təvəllüdlü gizir İxtiyar Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda xidmət edib. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Həmin gündən sonra yaxınları ondan xəbər ala bilmirdilər.

İxtiyar Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun itkin hesab edilən 7 hərbçisindən biri idi.



Femida.az

Açar sözlər: #Şəhid    

Oxunub: 587