"Taliban" hökimətinin XİN rəhbəri Türkiyədə - YENİLƏNİB
17:40 14 Oktyabr 2021
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gəlib.
Femida.az "TRTHaber"ə istinadən xəbər verir ki, heyət Qətərin paytaxtı Dohadan Türkiyəyə səfər edib.
Türkiyənin bəzi rəsmiləri ilə danışıqlar aparacaq Mottaki xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşəcək.
***
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Femida.az "Bakhtar" agentliyinə istinadən xəbər verir ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir.
Bu, "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsi və yeni hökumət qurulmasından sonra ilk belə səfərdir. Görüşlərdə ikitərəfli münasibətlər, humanitar yardım, ticari-iqtisadi məsələlər müzakirə olunacaq.
Femida.az
Oxunub: 548
Oxşar xəbərlər
- Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb
- Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb
- Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb
- Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub
- Əfqanıstanda məsciddə partlayış törədilib
- İran-Əfqanıstan sərhədində atışma olub, iki iranlı hərbçi ölüb
- Əfqanıstanın paytaxtında partlayış baş verib, ölənlər və xəsarət alanlar var
- "Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik" - Ərdoğan
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- Əfqanıstan Türkiyəyə uçuşları bərpa edir