Ermənistanın "yalan maşını" Paşinyanı günahkar çıxardı


18:12     14 Oktyabr 2021 2021/10/2BA2E99F-8DC3-4DD7-B727-CF63FBC76B17_1634223107.png

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovanisyan yenidən ölkə mətbuatının gündəminə gəlib. Femida.az xəbər verir ki, "Taktiki geri çəkilmişik" cümləsinə görə hələ də təhqir və tənqidlərə məruz qalan Artsrun yeni müsahibə verib.

O ölkə rəhbərliyini dolayı yolla ifşa etməyə çalışıb. Məlum müsahibəni incələyən yerli saytlar yazır:

"İnternetdə Artsrunun Nver Mnatsakanyana verdiyi müsahibə dolaşır. O açıqlamalarında sanki Paşinyanı ittiham edir. Nazirliyin keçmiş sözçüsü xüsusən Şuşanın alınmasından danışarkən şəhərin taleyinin 9 noyabr tarixinə qədər aydın olmadığını qeyd edib. Artsrun Ovanisyan deyir ki, 8 noyabrda şəhər uğrunda döyüşlərin demək olar ki, ermənilərin xeyrinə həll edildiyinə dair xəbər yayılandan sonra ordu qərargahında şok yaşandı. Şəhərin ertəsi gün hansı səbəbdən təslim olması hələ də aydın deyil.
Üstəlik, Ovanisyana görə məlum sənədin noyabrın 9 -da Paşinyan tərəfindən imzalanması hərbçilər üçün də sürpriz oldu.

Artsrun bu son açıqlamaları ilə barmağını indiki hökumətə tərəfə yönəldir. Bu arada Paşinyan iqtidarı müharibədəki məğlubiyyətə görə orduda "günah keçiləri" tapmağa çalışaraq ona qarşı olan hücumlara cavab kimi əks addımlar atmaq qərarına gəlib.

Məsələn son günlər "ordu korrupsiyası" deyilən bir mövzu ortalığa atılıb. O çalışır ki, bu mövzudan istifadə edib bəzi ittihamları keçmiş hökumətə yönəltsin.

Beləliklə deyə bilərik ki, Artsrun Ovanisyan son müsahibəsində Şuşanın hakimiyyətin sayəsində əldən çıxması ilə bağlı şübhələri gündəmə gətirməyə çalışdı. Onun bu addımının arxasında nələrin dayanması yaxın gələcəkdə bəlli olacaq.


Femida.az

Açar sözlər: #Paşinyan   #Şuşa   #Müsahibə   #Ermənistan    

Oxunub: 225