Qarabağda daha iki erməni hərbçinin meyiti tapılıb


21:33     14 Oktyabr 2021 2021/10/68C5AEBF-75A3-452F-B7B3-E443EFC52C93_1634239545.jpeg

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərin qalıqları Hadrut qəsəbəsində aşkar edilib.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1685 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Femida.az

Açar sözlər: #Qarabağ   #Erməni   #Cəsəd    

Oxunub: 805