Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var


08:22     15 Oktyabr 2021 21_10_15_1634271766.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1998-ci il təvəllüdlü Bədəlov Ayxan Gəray oğlu və 1981-ci il təvəllüdlü Hüseynova Vüsalə Elxan qızı xəsarət alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 650