Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən atıb


09:38     15 Oktyabr 2021 2021/10/eebdf491-be5c-397e-a15a-4f0c52733c65_850_1634272035.jpg

Bakıda yeniyetmə intihara cəhd edib.

Femida.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.report

Açar sözlər:

Oxunub: 465