Cinayət Məcəlləsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi təklif olunub


14:11     15 Oktyabr 2021 Milli-meclis-1.jpg

Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Femida.az -ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 30 illiyi ərəfəsində Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulan 103-cü maddəyə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olar: “Belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər”.

Açar sözlər:

Oxunub: 746