Azərbaycan Baş prokurorunun Gürcüstana rəsmi səfəri başlayıb


11:53     15 Oktyabr 2021 21_10_15_1634284436.jpg

Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi səfərdədir.

Femida.az xəbər verir ki, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.

Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.

Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.

Açar sözlər:

Oxunub: 622