Peyvənd olunanların sayı açıqlanıb


16:57     15 Oktyabr 2021 2021/10/65F7994B-7B1D-4D82-93EA-9DC874E4E700_1634305109.png

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 841