Avstraliyalı deputat Azərbaycan icmasını təbrik edib


20:39     15 Oktyabr 2021 2021/10/B40AE59C-E75A-4398-A3EF-FBFC502C9B9D_1634323161.png

Avstraliyanın Yeni Cənubi Uels (NSW) bölgəsi parlamentinin deputatı, Parramantanın federal üzvü Culi Ouens bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasını 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, bu barədə deputat Avstraliya Azərbaycanlıları Assosiasiyasına təbrik məktubu ünvanlayıb.

Millət vəkili bildirib ki, bu tarixi hadisə ilə əlaqədar soydaşlarımızı təbrik etməkdən böyük şərəf və məmnunluq duyur. “Avstraliya üçün bu yubiley bizə bayramı cəmiyyətimizin həyatına töhfələr bəxş edən Azərbaycan icması ilə birlikdə qeyd etmək imkanı yaradır. Bayramınız mübarək!”.


Femida.az

Açar sözlər: #Avstraliya    

Oxunub: 790