Slutski: "İlham Əliyev Qarabağı qaytarmaqla adını əbədiləşdirib
20:48 15 Oktyabr 2021
Azərbaycanın Prezidenti İlham Əliyev dahi Heydər Əliyevin işini davam etdirərək, Qarabağı Azərbaycana qaytarmaqla adını əbədiləşdirib.
Femida.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib. Rusiyalı deputat qeyd edib ki, Azərbaycanın Lideri bu günlərə addım-addım gəlib çıxıb. “Tarixi həqiqət qalib gəldi, Prezident İlham Əliyev xalqının tarixinə və münaqişələrin həlli tarixinə düşdü”, - deyə L.Slutski bildirib.
“İndi çox zərər görmüş bu torpağın sakinlərinin rifahı ilə bağlı daha çətin bir problemi həll etmək lazımdır", - deyən rusiyalı deputat qeyd edib ki, Prezident İlham Əliyev o torpaqlarda müasir infrastruktur yaratmaq istəyir və buna mütləq nail olacaq. Azərbaycan həlli çətin görünən bir çox vəzifələrin öhdəsindən gəlib. Azərbaycan yoxsulluqla mübarizə proqramı keçib, ölkə enerji baxımından müstəqil olub, postsovet məkanında ən çiçəklənən iqtisadiyyatlardan birinə malikdir. Təbii ki, bu vəzifələr həllini tapacaq”.
L. Slutskinin sözlərinə görə, burada əsas rolu Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr, iki ölkənin parlamentlərarası əməkdaşlığı oynayacaq.
Rusiya ilə Azərbaycan arasındakı təmasların iki xalqın mənafeyi naminə genişlənəcəyinə ümid etdiyini bildirən deputat qeyd edib: "Bir daha demək istərdim, indi gündəlik işlə məşğul olmalıyıq. Düşünürəm ki, belə də olacaq”.
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib