Sabirabadda 4 otaqlı ev əşyaları ilə birgə yanıb


11:28     16 Oktyabr 2021 21_10_16_1634368075.jpg

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 196 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 761