Hacıqabulda ölüm ilə nəticələnən yol qəzası baş verib


15:17     16 Oktyabr 2021 2021/10/D8794D3B-A722-44EE-91A5-B3E757E56F58_1634383078.png

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, Ucar rayon Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Mustafa Əli oğlu Hacıqabul rayon Nəvahi kəndi ərazisində yolu keçmək istəyən zaman onu "VAZ 2106" markalı avtomobili vurub.

Sürücü, ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza    

Oxunub: 511