"Almaniya ilə ticarəti 50 milyard dollara çatdırmaq istəyirik" - Ərdoğan


16:47     16 Oktyabr 2021 2021/10/B16E40F3-8FD5-4A77-97DB-206E4349EF23_1634389267.png

"Türkiyə Almaniya ilə ticarət dövriyyəsini 50 milyard dollara çatdırmaq istəyir”.

Femida.az xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın kansleri Angela Merkellə birgə mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, Almaniyada ciddi mənada bir Türk potensialı var: “Bu insanlar orada öz fəaliyyətlərini sağlam şəkildə davam etdirmək istəyirlər. Hədəf 50 milyard dollarlıq ticarət həcminə çatmaqdır".

O, türk cəmiyyətinin Avropadakı əsas probleminin İslamofobiya olduğunu əlavə edib.

Femida.az

Açar sözlər: #Türkiyə   #Almaniya    

Oxunub: 643