"Münasibətlərimizin inkişafa nail olduq" - Merkel


16:59     16 Oktyabr 2021 2021/10/35973CED-8FB4-490B-B6BA-EF8181BE4DA6_1634390181.png

“Almaniya ilə Türkiyə arasında fikir ayrılıqları olsa da, 16 il ərzində münasibətlərimizin inkişafa nail olduq”.

Femida.az xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda birgə mətbuat konfransında deyib.

O, ölkəsində 4 milyona yaxın türk əsilli Almaniya vətəndaşının yaşadığını deyib, dünya şöhrətli alimlər Uğur Şahin və Özlem Türecin adlarını çəkib.

Merkel NATO üzvü olan Türkiyəni ölkəsinin vacib tərəfdaşı adlandırıb. Danışıqlarda müxtəlif mövzuların müzakirə edildiyini deyən Merkel, ortaq maraq kəsb edən məsələlərin olduğunu söyləyib.

"Almaniyada fəaliyyətə başlayacaq gələcək hökumət də bunu bu cür qəbul edəcək. Bizim bir-birimizə etibarımız var”, - kansler vurğulayıb.


Femida.az

Açar sözlər: #Almaniya   #Türkiyə    

Oxunub: 363