Su Nəqliyyatı polisi və Milli Parkın əməkdaşları birgə reyd keçiriblər
17:35 16 Oktyabr 2021
Su bioresurslarının mühafizəsi, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri və "Təmiz hövzələr" aksiyası çərçivəsində Abşeron Milli Parkının su ərazisində Su Nəqliyyatında Polis İdarəsinin və milli parkın əməkdaşları tərəfindən birgə reyd keçirilib.
Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, reyd zamanı ərazidə sənaye balıq ovu ilə məşğul olan subyektlərə Balıqçılıq haqqında və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında ölkə qanunvericiliyinin tələbləri izah olunub və bu tələblərə riayət olunması üçün xəbərdarlıq edilib.
Anoloji birgə nəzarət tədbirləri ölkə ərazisindəki digər xüsusi mühafizə olunan təbiət ərazilərində də davam etdiriləcək.
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Su polisinin narkotik əməliyyatından - REAL GÖRÜNTÜLƏR
- DİN-dən Ağsu polisi haqqındakı iddialara münasibət
- Şəmkir Su polisi qanunsuz balıq ovçusunu saxlayıb
- Su polisi 40 min manatlıq oğurluq edən şəxsi tutub - VİDEO
- Su polisi əməliyyat keçirib
- Nəqliyyatda Su Polisi təcili reydlərə başlayıb
- Su polisi Xəzərdə balıqçıları ölümdən xilas etdi
- Su polisi balıqçının həyatını xilas etdi