Türkiyədə müəllimləri daşıyan mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
09:33 17 Oktyabr 2021
Türkiyədə ağır yol qəzası baş verib.
Femida.az -ın “Haber Global”a istinadən məlumatına görə, hadisə Şanlıurfa əyalətində qeydə alınıb.
Belə ki, Akçakala rayonunda ekskursiyaya gedən müəllimlərin olduğu mikroavtobus qarşıdan gələn avtomobillə toqquşub. Mikroavtobus qəzadan sonra xəndəyə yuvarlanıb. Hadisə zamanı 10 müəllim xəsarət alıb.
Qəza yerinə təcili yardım, jandarm və xilasedicilər cəlb edilib. Xəsarət alanlar Akçakala Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub: 825
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var