Abşeronda avtomobil piyadanı vurub


10:10     17 Oktyabr 2021 21_10_17_1634451022.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 753