Türkiyənin yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb


10:33     17 Oktyabr 2021 21_10_17_1634451113.jpg

Türkiyədə 40 mm-lik TG40-BA əl qumbaraatanı istehsal edilib.

Bu barədə Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir agentliyinə açıqlamasında qumbaraatanı ölkənin müdafiə sahəsində idxaldan asılılığının minimuma endirilməsi istiqamətində atılacaq növbəti addımlar adlandırıb.

Onun sözlərinə görə, TG40-BA bir neçə növ sursatla istifadəyə hazır olan ilk yerli qumbaraatandır.

TG40-BA-nın 40x46 mm və 40x51 mm-lik döyüş sursatları ilə təchiz ediləcək.

Qumbaraatan tənzimlənən optik nişangahla təmin edilib. Optik nişangah düşmənin 800 metrə qədər məsafədəki obyektini dəqiq vurmaq imkanına malikdir.

Yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb.

Açar sözlər:

Oxunub: 737