Zaqatalada minik avtomobili yanıb - FOTO


13:16     17 Oktyabr 2021 21_10_17_1634462215.jpg

Zaqatalada minik avtomobili yanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, gecə saat 03 radələrində Zaqatala şəhəri Sülh küçəsi 11 ünvanında, Zaqatala şəhər sakini Azər Həşim oğlu İsmayılova məxsus “Mersedes” markalı 62 BN 833 dövlət nömrə nişanlı minik avtomobilində dayandığı yerdə yanğın baş verib.
Avtomobil baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 400