Kəbədə sosial məsafəsiz ilk namaz - VİDEO
15:39 17 Oktyabr 2021
Bir ildən çox müddətdən sonra Məscidül-Həramda ilk dəfə sosial məsafə olmadan sübh namazı qılınıb.
Femida.az "TRT Haber"ə istinadən xəbər verir ki, Məkkə şəhərində yerləşən dünyanın ən böyük məscidi Məscidül-Həramda minlərlə insan namaz qılıb.
Koronavirus pandemiyası başlayandan bəri Kəbə ətrafındakı maneələr ilk dəfə qaldırılıb, məscidin döşəməsindən sosial məsafə ilə bağlı stikerlər çıxarılıb.
Femida.az
Oxunub: 763