"Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətində geniş imkanlar açıldı" - Prezident


18:27     17 Oktyabr 2021 2021/10/AF131B5B-3FE9-4952-A9D6-62EEED8EF6B9_1634479670.png

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı.

Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Femida.az

Açar sözlər: #Füzuli   #Şuşa   #Prezident    

Oxunub: 274