Füzuli Memorial Kompleksinə 1,5 milyon ayrıldı - Sərəncam
20:11 17 Oktyabr 2021
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Femida.az
Oxunub: 345
Oxşar xəbərlər
- Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Prezident və birinci xanım Füzuliyə səfər ediblər
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- Füzulidə velosiped sürən gənci avtomobil vurub