Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sındı


09:43     18 Oktyabr 2021 21_10_18_1634535332.jpg

Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

Femida.az -ın məlumatıan görə, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 795