Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb


15:47     18 Oktyabr 2021 2021/10/tac-t-1634556243_1634560367.jpg

Tacikistanın cənubunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri başlayıb.

Femida.az xəbər verir ki, “Xarbmaydon” poliqonunda keçirilən təlimlərə dörd min hərbçi, 500-dən çox texnika cəlb edilib.

İlk dəfə olaraq eyni anda üç birgə təlim keçirilir: “Eşalon”, “Axtarış” və “Qarşılıqlı əlaqə”. Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, bu, Əfqanıstanda mürəkkəbləşməyə meylli olan çətin vəziyyətə reaksiyadır.

Oktyabrın 23-dək davam edəcək təlimlərdə KTMT-yə üzv ölkələrin - Ermənistanın, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbçiləri iştirak edir.


Femida.az

Açar sözlər: #KTMT   #Təlim    

Oxunub: 405