Bu il ölkəyə 64,9 mindən çox maşın gətirilib


21:48     18 Oktyabr 2021 2021/10/5C82D28F-CCC3-49EE-9FD4-FC6CB5C2AC00_1634604589.jpeg

Yanvar-sentyabr aylarında Azərbaycana 659 milyon 508 min ABŞ dolları dəyərində 64 min 954 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən Femida.az -verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 141-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 60 min 578-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 4123-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 112-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.


Femida.az

Açar sözlər: #Avtomobil    

Oxunub: 1100