Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib


22:47     18 Oktyabr 2021 2021/10/E3E0ADF1-A333-446D-8494-1A9D8AA17D0A_1634605295.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün tviter səhifəsində yazıb.

"Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz Can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm", - deyə Türkiyə lideri qeyd edib.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu əlavə edib.



Femida.az

Açar sözlər: #Ərdoğan    

Oxunub: 1308