Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb


11:11     19 Oktyabr 2021 21_10_19_1634625463.jpg

Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, həmin məktəbin 12 müəllim və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Qeyd edək ki, koronavirusa yoluxma hallarının qeydə alınmasına görə Bakının 20 nömrəli məktəb-liseyi, "Ankara məktəbi" məktəb-liseyi bağlanıb. Bu təhsil müəssisələrində tədris 14 gün müddətinə distant formada davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1117