Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib


11:02     19 Oktyabr 2021 21_10_19_1634626899.jpg

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Femida.az-a bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.

Açar sözlər:

Oxunub: 1275