Ermənistan Müdafiə Nazirliyi kütləvi yoluxma xəbərini ört-basdır etdi
16:14 19 Oktyabr 2021
Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçular arasında mövsümi qrip və kəskin respirator infeksiyalara yoluxma hallarının artması ilə bağlı yayılan məlumatları təkzib edib.
Femida.az xəbər verir ki, Müdafiə Nazirliyi hərbi qulluqçuların koronavirusa qarşı peyvənd edilməməsi ilə bağlı xəbərlərə də reaksiya verib. Qurum iddia edib ki, guya orduda vaksinlə bağlı problem yaşanmır. Nazirlik Silahlı Qüvvələrdə aşılama nisbətinin mülki əhali arasında eyni göstəricini xeyli üstələdiyini bəyan edib.
- Narahatçılığa əsas olmadığını bildiririk. Mövsümi qrip və ya kəskin respirator infeksiyalara yoluxma hallarının sayında artım qeydə alınmayıb, - nazirlikdən bildiriblər.
Xatırladaq ki, bu gün tanınmış erməni jurnalist Narine Kirakosyan əsgərlər arasında xəstəliklərin xeyli artması barədə fakta malik olduğunu yazmışdı.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Ermənistana 100 min vaksin göndərmişdi. Yerli ekspertlər bu addımın orduda virusa yoluxma halının kəskin artımı riskini önləyəcəyini düşünürdülər.
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb